ABŞ VİZA QAYDALARINI SƏRTLƏŞDİRİR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Tramp administrasiyası ABŞ-a səyahət üçün viza verilişi qaydalarını sərtləşdirməyə hazırlaşır

YENİLİK.AZ BBC-yə istinadən xəbər verir ki, yaxın gələcəkdə ABŞ-a səfər etmək istəyən şəxslərin ərizəsinə baxılan zaman onların sosial şəbəkələrdəki fəaliyyətinin tarixçəsinə baxıla bilər.

Bu təkliflə ABŞ-ın dövlət departamenti çıxış edib. Qaydalar qəbul olunsa ərizəçilər “Facebook” və “Twitter” hesabları barədə məlumatları səfirliyə təqdim etməli olacaq.

Yoxlama zamanı ərizəçinin son beş il ərzində etdiyi paylaşımlar, statuslar həmçinin rabitə qurduğu şəxslərin kimliyi araşdırılacaq.

BBC-nin məlumatına görə, təkliflər qəbul olunsa hər il təxminən 14,7 milyon insan öz sosial şəbəkə məlumatlarını ABŞ dövlət rəsmiləri ilə bölüşməli olacaq.

Yeni qaydanın yalnız ABŞ-ın vizasız səyahət statusu vermədiyi Britaniya, Kanada, Fransa və Almaniyaya şamil olunmayacağı bildirilir.

Related Articles

+994 50 295 94 79
top