ANA DOĞUŞDAN 3 GÜN SONRA ÖLDÜ – CİNAYƏT İŞİ AÇILDI – YENİLİK.AZ

ANA DOĞUŞDAN 3 GÜN SONRA ÖLDÜ – CİNAYƏT İŞİ AÇILDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Şəki Perinatal Mərkəzində ana ölümü ilə bağlı cinayət işi başlanıb.

YENİLİK.AZ bildirir ki, Şəki Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, Şəki şəhər sakini, 1987-ci il təvəllüdlü Məmmədova Türkan İlham qızı 28 mart 2018-ci il tarixdə Şəki Regional Perinatal Mərkəzinə qəbul olunаraq keysəriyə yolu ilə əməliyyat olunmaqla qız uşağını dünyaya gətirib, lakin əməliyyatdan sonra səhhəti pisləşən Türkan Məmmədova görülmüş müalicə tədbirlərinə baxmayaraq 31 mart 2018-ci il tarixdə həmin mərkəzdə vəfat edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) cinayət işi başlanmaqla zəruri təxirəsalınmaz istintaq hərəkətləri keçirilərək məhkəmə tibbi ekspertizası təyin edilib.

İş üzrə hərtərəfli, tam və obyektiv istintaqın aparılması və qanuni qərarın qəbul edilməsi təmin ediləcək.

Related Articles