CANƏLİ ƏKBƏROVDAN MƏTANƏTƏ AĞIR SÖZLƏR – VİDEO

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Əməkdar artist Mətanət İsgəndərlinin xalq artisti Canəli Əkbərovun onun anasına “gözü düşdüyü” barədə söylədiyi sözlər qarşı tərəfi qəzəbləndirib.

Qaynarinfo xəbər verir ki, müğənni “Canəli Əkbərovu ad günümə dəvət etmişdim. Anamı görüb vuruldu. Deyir, nə gözəl anan var. Deyirəm, elə demə, atam sizi öldürər” ifadələrini işlətmişdi.

Yenicag.az-a açıqlama verən xanəndə Mətanətin yalan danışdığını deyib:

“Yalan-palan sözlərdir. Qələt edirəm, mənim başqasının arvadıyla nə işim var? Ayıbdır, belə sözlər mənə yaraşmaz: nə Mətanətin ad gününə getmişəm, nə də onun anasına tərif yağdırmışam. Mən oxuduğum muğamlarla Azərbaycan gözəllərini vəsf edən xanəndəyəm. Yoxsa ki, xalxın arvadına niyə gözüm düşsün ki? O xanım belə sözlər danışmasın, özünə də, mənə də hörmət eləsin, yoxsa ağır cavab verərəm. Anasını tərif etmək üçün mənim adımı hallandırmasın”.

Qeyd edək ki, M. İsgəndərli bu sözləri “Show time” verilişində deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Related Articles

+994 50 295 94 79
top