LERİKDƏ MEŞƏDƏ ASILMIŞ HALDA TAPILAN ŞƏXSİN KİMLİYİ MƏLUM OLDU – YENİLİK.AZ

LERİKDƏ MEŞƏDƏ ASILMIŞ HALDA TAPILAN ŞƏXSİN KİMLİYİ MƏLUM OLDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Lerikdə meşə ərazisində asılmış halda tapılan şəxsin kimliyi məlum olub.

 YENİLİK.AZ-ın apa-ya istinadən məlumatına görə, həmin şəxs rayonun Veri inzibati ərazi vahidinə daxil olan Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü Tofİq Hüseyn oğlu İsayevdir.

Məlumata görə, T. İsayev Bakı şəhərində yaşayıb, bir neçə gün əvvəl kəndə qardaşıgilə gəlib. Mərhum ailəli olub, 2 oğlu və 1 qızı var. Hadisənin hansı şəraitdə baş verməsi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, T. İsayevin ağacdan asılmış meyiti ötən gün kənd sakinləri tərəfİndən meşə ərazisində aşkar olunub. Onlar aidiyyəti üzrə məlumat verdikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Related Articles

+994 50 295 94 79
top