NAİL ALLAHVERDİYEV HÖKMDƏN NARAZIDIR – AELLYASİYAYA VERDİ – YENİLİK.AZ

NAİL ALLAHVERDİYEV HÖKMDƏN NARAZIDIR – AELLYASİYAYA VERDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin ona verilən hökmdən narazı qalıb.

Yenilik.az qafqazinfo-ya istinadən xəbər verir ki, N.Allahverdiyev və vəkilləri cəzanın ağır olması qənaətinə gəliblər və hökmdən apellyasiya şikayəti verərək yüngülləşdirilməsini istəyiblər.

Onların şikayəti üzrə məhkəmə prosesi aprelin 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə başlayacaq.

 N.Allahverdiyev iki və daha çox şəxsin ölümü ilə nəticələnən yol qəzası törətməkdə və hadisə yerindən qaçmaqda ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə N.Allahverdiyevin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 264-cü (hadisə yerindən qaçma) maddəsinə xitam verilib. Hakim bildirib ki, bu maddə üzrə verilən ittiham məhkəmədə prokurorluq tərəfindən sübuta yetirilməyib. Yəni, N.Allahverdiyev hadisə yerindən qaçmayıb.

Qəza zamanı N.Allaheverdiyevlə yarışan və avtoxuliqanlıq hərəkətləri törətməklə ictimai asayişi kobud şəkildə pozan “Mazda” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd Əlövsət oğlu İsmayılov isə məhkəmənin qərarı ilə 1 ay müddətinə inzibati həbs cəzası alıb. Cəzasını çəkdikdən sonra azadlığa çıxıb.

Related Articles

+994 50 295 94 79
top