24 YAŞLI OĞLAN BİBİSİNİ BALTALADI

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

Abşeron rayonunda qəsdən adam öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası aprelin 9-na təyin edilib.

İttihama görə, hadisə ötən il Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü qəsəbə sakini Vüsal Şıxəliyev qısqanclıq zəminində 1975-ci il təvəllüdlü bibisi Yeganə İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Hadisəni törədən Vüsal Şıxəliyev tutulub.

Qeyd olunub ki, Yeganə İmanverdiyeva evdə olan 500 manatdan çox pulunu başqa bir kişiyə verib. Bundan xəbər tutan Vüsal bibisi ilə mübahisə edib. Mübahisə sonda qanlı olayla nəticələnib.

Vüsal Şıxəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

mənbə: teleqraf.com

Related Articles

+994 50 295 94 79
top