AZƏRBAYCANDA MƏKTƏBLƏ BAĞLI TƏLAŞA SƏBƏB OLAN SƏS YAZISI YAYILDI – NAZİRLİK İŞƏ QARIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi, Sumqayıtda 24 saylı məktəbdə manyak peyda olması ilə bağlı whatsapp-da səs yazısı yayılıb. Səs yazısında 28 nömrəlin məktəbin müəllimi olduğunu deyən müəllimə bildirir ki, 24 saylı məktəbdə manyak peyda olub. Səs yazısında iddia edilir ki, həmin manyakın görüntülərini polis idarəsəindən gələn şəxs məktəbə təqdim edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Orxan Mənsurzadə Sonxeber.az-a açıqlamasında qeyd edib ki, görüntünün biz tərəfdən yayılması və elə bir manyakın peyda olması barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sumqayıt Rayon Polis bölməsi ilə araşdırma aparılıb. Araşdırma nəticəsində bəlli olub ki, yayılan məlumatlar dedi-qodudan başqa bir şey deyil. Bu məlumatın yayılmasında məqsəd ictimaiyyətdə narahatçılıq yaratmaqdır.Vətəndaşlarımız bu cür yayılan səsyazmalara inanmasınlar. O səsi yayan şəxs barəsində araşdırmalar aparılacaq. Bakıda və Sumqayıt rayonunda adam oğurluğu ilə bağlı fakt qeydə alınmayıb. Əgər deyilənlər doğru olsaydı Daxili İşlər Nazirliyi və hüquq-mühavizə orqanları tərəfindən dərhal tədbir görülərdir. Həmin şəxslərdə layiq olan şəxslərdə layiq olduğu cəzanı alardı”.

24 saylı orta məktəbdən də verilən məlumata görə yayılan məlumatlar həqiqəti əks etdirmir: O məlumatı bizə dünən göndəriblər. Biz həmin görüntüləri polisə göndərmişik. Şagirdlərə heç bir zərər toxunulmayıb. Ümumiyyətlə biz görüntüdəki şəxsi məktəbin ətrafında görməmişik. Ola bilər ki, yayılan səsyazı həqiqəti əks etdirməsin. Amma biz uşaqların təhlükəsizliyini nəzərə alaraq bu barədə polisə məlumat vermişik”.

Related Articles

+994 50 295 94 79
top