YENİ METRO QATARLARI ALINIR: GEDİŞ HAQLARI ARTIRILACAQ? (AÇIQLAMA) – YENİLİK.AZ

YENİ METRO QATARLARI ALINIR: GEDİŞ HAQLARI ARTIRILACAQ? (AÇIQLAMA)

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Xəbər verdiyimiz kimi, Rusiyanın “Metrovaqonmaş” Açıq Səhmdar Cəmiyyəti ötən ay Azərbaycana müqavilə çərçivəsində “Moskva” seriyasından ilk metro qatarını yola salıb. Yeni qatarlarda artıq telefon və planşetləri enerji ilə doldurmaq da mümkün olacaq.
Bakı metrosunda aparılan yeniliklər, o cümlədən, yeni qatarların alınması, bir sıra yeni xətlərin çəkilməsi ictimaiyyət arasında belə bir fikir yaradıb ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin getdikcə artan xərcləri gediş haqqı qiymətlərinin artırılması ilə qarşılanacaq.
Məsələ ilə bağlı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxladıq. Qurum rəsmisi Qaynarinfo-ya açıqlamasında bildirdi ki, yeni metro qatarlarının bundan sonra da alınıb gətirilməsi işi davam etdiriləcək, lakin qiymət məsələsi Bakı Metropoliten İdarəsinin deyil, Tarif Şurasının səlahiyyətində olan məsələdir.
Tarif Şurasından Qaynarinfo-ya verilən açıqlamaya görə, hələlik bu məsələ ilə bağlı heç bir müzakirə aparılmır:
“Metropoliten”dən qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına hər hansı bir müraciət daxil olmayıb və bu mövzu hazırda müzakirədə deyil”.

Related Articles