6-CI SİNİF ŞAGİRDİ MƏKTƏBİN HƏYƏTİNDƏ ÖLDÜ – YENİLİK.AZ

6-CI SİNİF ŞAGİRDİ MƏKTƏBİN HƏYƏTİNDƏ ÖLDÜ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.
Yenilik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çənlibel kəndində baş verib.
Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Related Articles

+994 50 295 94 79
top