AZƏRBAYCANDA BU SİQARETLƏRİN QİYMƏTİ BAHALAŞDI – YENİLİK.AZ

AZƏRBAYCANDA BU SİQARETLƏRİN QİYMƏTİ BAHALAŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Azərbaycanda bəzi siqaret markalarının topdan satış qiyməti 1 manat bahalaşıb.
Yenilik.az xəbər verir ki,bu barədə unikal.org-a siqaret satışı ilə məşğul olan ticarətçilər məlumat verib. Vurğulanıb ki, “Winston” və bir neçə başqa markalı siqaretlərin blokunun qiymətində 1 manat bahalaşma qeydə alınıb.
Belə ki, əvvəllər “Winston” compakt siqaretinin blokunu 21.50 (1 ədədi 2.15 qəpik) AZN-ə əldə edilirdisə, hazırda bu siqaretlər (1 ədədi 2.25) müəyyən limitlə 22.50 qəpiyə satılır.
Topdan satış qiymətilə bərabər müəmmalı şəkildə bəzi – “Rotmons”, “LD”, “More”, “Viceroy” və digər siqaret markalarının mağazalara paylanılmasında da gecikmələr var. Bəzi mağazalar sözügedən markalı siqaretləri müəyyən limitlə əldə etsələr də, bəziləri ümumiyətlə bu siqaretləri 10-15 günə yaxındır ki, ala bilmirlər.
Ticarətçilər yaxın vaxtlarda siqaret qiymətlərinin növbəti dəfə bahalaşacağını qeyd edirlər.

Related Articles

+994 50 295 94 79
top