BAKIDA İKİ KİŞİNİN ÜRƏYİ PARTLADI – YENİLİK.AZ

BAKIDA İKİ KİŞİNİN ÜRƏYİ PARTLADI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Bakıda 2 nəfər kişi ürək çatışmazlığından dünyasını dəyişib.

“Ölkə.Az”ın məlumatına görə, Nizami rayonu,Çobanzadə küçəsində yerləşən şadlıq evlərinin birində bədbəxt hadisə qeydə alınıb. Belə ki, toy məclisinə gələn Ramiz Əliyev adlı şəxsin qəfildən ürəyi dayanıb. R.Əliyevə ilkin tibbi yardım göstərib kömək eləmək istəsələr də, mümkün olmayıb.

Digər bədbəxt hadisə isə 37 saylı marşrut avtobusunda qeydə alınıb.

Belə ki, avtobusda əyləşən Ağalar Sultanov qəfildən sərnişinlərin üstünə yıxılıb. Məlum olub ki, A.Sultanovun ürəyi dayanıb.

Hər iki faktla bağlı aidiyyatı üzrə rayon prokurorluqlarında araşdırmalara başlanılıb.

Related Articles