BAŞ KƏSMƏKLƏ HƏDƏLƏYƏN BALOĞLAN ƏŞRƏFOV CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLƏ BİLƏRMİ? – YENİLİK.AZ

BAŞ KƏSMƏKLƏ HƏDƏLƏYƏN BALOĞLAN ƏŞRƏFOV CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB EDİLƏ BİLƏRMİ?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Əməkdar artist Baloğlan Əşrəfov canlı efirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəylini hədələyib. “Onda başladıq” verilişində qonaq olan müğənni aparıcını başını kəsməklə hədələyib.Yenilik.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a açıqlamasında vəkil Əsabəli Mustafayev bildirib ki, əgər təhdid reala çevrilərsə əlbəttə onda cinayət məsuliyyəti daşıyır:

“Ancaq sözlə demək ki, səni öldürərəm buna görə heç bir iş düşmür. Əgər təhdid edilən şəxsin əlində sübut varsa və həyatı təhlükə yaranarsa o zaman cinayət işi qaldırıla bilər. Məhkəmə Baloğlan Əşrəfovun dediyi sözü və niyyətini araşdırıb qərar qəbul edəcək. Əlbəttə Baloğlan Əşrəfov kimi tanınmış bir müğəninin aparıcıya belə bir ifadə işlətməsi ictimai qınağa da səbəb olacaq”.

Related Articles