KİŞİLƏR O QADINLARA XƏYANƏT ETMİR Kİ… – İLQAR MİKYILOĞLU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Yenilik.az bildirir ki, bu dəfə publika.az-ın “Üç nöqtə” layihəsinin yarımçıq suallarını tanınmış aparıcı İlqar Mikayıloğlu tamamlayıb.

Hazırcavab aparıcının fikirlərini təqdim edirik:

– İndiki ağlım olsaydı…

– Sizə elə gəlir ki, mən indi ağıllanmışam?

– Dünyanı dəyişmək imkanım olsaydı…

– Şimal qütbü ilə cənub qütbünün yerini dəyişdirərdim.

– Kişilər o qadınlara xəyanət etmir ki…

– Xəyanətə layiq olmayan və ailəsini qorumağı bilən qadınları kişilər nadir hallarda aldadır.

– Seviləsi qadın olmağın ilkin şərti…

– Bu sualın cavabını qadınlar bilər. Hər halda ağılla gözəllik birləşsə, super olar.

– Qadınlar yaşını ona görə gizlədir ki…

– Çünki onları gizlədiləsi başqa heç nələri yoxdur.

– Qadına qarşı şiddət…

– Atalarımız da deyib ki, “yaxşı at özünə qamçı vurdurmaz”.

– Tez-tez təəssüf edirəm ki…

– Heç nəyə təəssüf etmirəm.

– Vanqa nənə ilə görüşsəydim…

– Ondan gözlərinin nə vaxt açılacağını soruşardım.

– Küsülü olduğum insana demək istəyirəm ki…

– Məhz küsülü olduğum üçün ona heç bir sözüm yoxdur.

– Ən böyük səhvim o olub ki…

– Mənə elə gəlir ki, bütün səhvlərim böyük olub. Odur ki, onların arasında böyük-kiçik seçimi etmirəm.

– Tənhalıq insan üçün lənətdir, yoxsa..?

– Qətiyyən, bəzən xoşbəxtlik və rahatlıq deməkdir.

– Kiminsə yalan danışdığını hiss edəndə…

– Bir halda əziyyət çəkib yalan uydurur, qoy, işində olsun, üzünə vurmuram.

– Allah insanları ona görə qeyri-bərabər yaradıb ki…

– Allah hər kəsi bərabər yaradıb. Sosial bərabərsizliyi insanlar özləri yaradıb.

– Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə…

– Bu barədə düşünmürəm.

– Günahlarım yadıma düşəndə…

– Günahlarım haqqında düşünəndə sıxılıram, bir dəfə bir məsələdə tövbə etmişəm, hələ ki, üstündə dururam. Nəyə tövbə etdiyimi deyə bilmərəm.

– Övladlarıma ən çox onu məsləhət görürəm ki…

– Ağıllı olsunlar, başqa heç nə.

– İlahi ədalətə inancımı o zaman itirdim ki…

– İlahi ədalətə inancını itirmək ümidsiz yaşamaq və məhv olmaq deməkdir. Bu inamı heç zaman itirməmişəm, yoxsa yaşaya bilmərəm.

– Heç vaxt heç kimə icazə vermirəm ki…

– Mənə yuxarıdan aşağı baxsınlar.

– O zaman düşünmədən riskə gedirəm ki…

– Həyatım hər addımbaşı riskdir.

– Hər dəfə çıxılmaz vəziyyətə düşəndə…

– Başımı işlədirəm.

– Yaxşı gündə, pis gündə…

– Xeyir qələbə qazansın!

– Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı idi.

– Minnətdaram.

Related Articles

+994 50 295 94 79
top