ÖLƏN SÜPÜRGƏÇİNİN QIZLARINA EV VERİLƏCƏK – VİDEO – YENİLİK.AZ

ÖLƏN SÜPÜRGƏÇİNİN QIZLARINA EV VERİLƏCƏK – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bir neçə gün öncə Bakıda avtomobilin vurması nəticəsində faciəvi şəkildə dünyasını dəyişən 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilənin azyaşlı qızlarına kömək etmək istəyənlərin sayı gündən-günə çoxalır.

Millət vəkili Qənirə Paşayeva da bu gün həmin ailəyə baş çəkib. O, icra başçısından bu ailə üçün ev tikilməsini xahiş edib. Rayon icra rəhbərliyi də problemin yaxın günlərdə həll olunacağını qeyd edib.

Bu barədə məlumatı saytımıza açıqlamasında mərhum Cəmilə Salahovanın bacısı Tünzalə xanım bildirib. Ev tikilənə qədər isə ailə başqa bir evdə kirayə yaşayacaq. Onların kirayə pulu da rəhbərlik tərəfindən ödəniləcək.

Qeyd edək ki, Cəmilə Salahovanın Jalə və Zümrüd adında iki qız övladı var. Onlar xalası Tünzalə xanımla birlikdə yaşayırlar. Tünzalə xanım da saytımıza danışarkən şəraitsiz evdə kirayədə qaldıqlarını, ev probleminin olduğunu bildirmişdi. Mərhumə də sağlığında pul yığıb, ev almaq üçün çalışırmış.

///Yeniçağ.az

 

Related Articles

+994 50 295 94 79
top