“ŞƏBNƏM TOVUZLUNUN ÇOX QANACAQLI VƏ QABİLİYYƏTLİ BİRİ OLDUĞUNUN ŞAHİDİ OLDUM”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Nura Suri sosial şəbəkədə status paylaşaraq öz fikirlərini izləyiciləri ilə bölüşüb.

BiG.AZ xəbər verir ki, ifaçı çoxlarının əsl üzünü tanıdığını söyləyib:

“2017-ci ilin son ayları və 2018-ci ilin gəlişi mənə dərs keçdi.

Ətrafımda olan insanlara etibarım kimi, indiyə kimi əmin olduğum fikirlərim belə dəyişdi. Yaxınlarımı, sevən və sevməyənlərimi tanımaq şansım oldu.
Qış ağır keçsə də, yazın ilk ayları özüylə yeni insanlar və dostlar gətirdi. Mənə uzaq olan insanları fərqli tərəfdən gördüm, tanıdım və hörmət bəslədim.

Bölgələrdəki konsertlər zamanı bəzi müğənni və prodüserlərlə dostlaşdım. Müğənni Abdul Xalidi yaxşı insan və dost kimi kəşf etdim, Vüsal Hacıyevin istedadına bir də həsəd apardım, heç kəsin eşitmədiyi mahnıları dinləyib feyziyab oldum, Şəbnəm Tovuzlunun çox qanacaqlı və qabiliyyətli biri olduğunun şahidi oldum.

Prodüser Vəfa Nuriyeva ilə tanışlığıma görə isə Lalə Məmmədovaya təşəkkür edirəm. “Suerta Atelye” də çox gözəl bir kollektivlə dostlaşdım. Sahibindən tutmuş dərziyə kimi çox gözəl insan olmaları ilə yanaşı, məsuliyyətli və peşəkardırlar. Çox mağaza və atelyelərlə çalışsam da, işlərini bəyənsəm də, heç vaxt belə səmimi sözlər yazmamışam.

Düşündüm ki, biz tənqidi dediyimiz kimi, yaxşını da deyə bilərik. Niyə hər kəsdə “mənfi” axtarırıq? Bəlkə insanların yaxşı tərəflərini də görək?

O zaman özümüzün də kiməsə qiymət vermək xüsusiyyətimiz yox olar… Tərifə yaltaqlıq kimi, tənqidə isə qeybət və böhtan kimi baxmayın. Hərə səhvləri özündə axtarsın. Başqalarında yaxşını görməyi öyrənək.

Axı, mərdi qova-qova namərd etmək olar…”

Related Articles

+994 50 295 94 79
top