Şəmkirdə başçının müavinlərinin çəkişməsi- İDDİA – YENİLİK.AZ

Şəmkirdə başçının müavinlərinin çəkişməsi- İDDİA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Şəmkir Rayon İcra Hakimiyyətində ara qarışıb. Başçının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayeva Dubay istirahətindən qəzəbli qayıdıb. O, Dubayda istirahətdə olduğu günlərdə Şəmkir İcra Hakimiyyətinin digər məmuru – İnzibati Ərazi İdarətmə şöbəsinin müdiri Rasim Yaqub oğlu Mustafayevin də başı dərdə düşüb. O, Morula gedib və döyülüb, maşını sındırılıb.

Redaksiyamıza daxil olan məlumata görə bir neçə gün əvvəl R.Mustafayevin ad günü olub. O, ad gününü qeyd etmək üçün özünün “Nissan Partol” markalı, Az 57 CD 557 nömrə nişanlı maşınla Morul kəndinə yollanıb. Həbsdə olan qaynının evinə gedən şöbə müdirini az sonra kəndin sakinləri söhbətə çağırıblar. Mübahisə zəmində R.Mustafayevə xəsarət yetirildiyi iddia olunur. Bildirilir ki, hadisə zamanı ona məsxus maşın yararsız hala salınıb və həmin gündən maşın yoxa çıxıb. Verilən məlumata görə R.Mustafayev baş verən insidentlə bağlı hüquq mühafizə orqanlarına məlumat verməyib. Bunu “əri həbsdə olan qadının evinə niyə getmişdin” sualına cavab verməmək üçün edib. Düşünüb ki, məsələ böyüsə, özünün xeyrinə olmayacaq…

Bu olay həm də Rasim Mustafayevin Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla torpaq alverinin təfərrüatını ortaya çıxarıb. Məlum olub ki, Rasim Mustafayev icra başçı ilə birgə yeni tikilən Şəmkir dəryaçasının ətrafında Seyfəli kəndinin örüş sahəsini tikinti üçün yüzlərlə şəxsə satıblar. Bu alqı-satqıdan təkcə Rasim Mustafayevin 3 milyondan çox qazanc götürdüyü bildirilir.

Başçının müavini Aynur Abdullayevanın əsəbiləşməsinin səbəbi də maraqlıdır. O, mətbuatda ozünün Dubay istirahəti ilə bağlı sosial şəbəkələrdə yaydığı fotoları haqda yazıları oxuyub və əsəbləri tarıma çəkilib. Başçı müavini hesab edir ki, otel odasındakı hamamdan yaydığı fotoları mətbuatda peyda olmamalı idi. Bunda özündən başqa hər kəsi günahkar bilir. Həmin fotoları sosiallaşdırıb ictimiyyətin diqqətinə gətirməsini isə adi hal sayır. Qeyd edək ki, A.Abdullayevanın paylaşdığı fotolarla birgə mətbuata şəmkirlilər adından belə bir mətn göndərilmişdi:

“Şəkildə gördüyünüz qız Şəmkir İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Seçki qabağı hər kəs seçkiyə hazırlaşan vaxt bu qız Dubayda istirahət edir və qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdəki səhifələrində paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə , heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin. Gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?”

Redaksiaymıza daxil olan məlumatda deyilir ki, mətbuatda növbəti belə bir yazını iş yerində izləyən başçı müavini növbəti dəfə özündən çıxıb və iş masasındakı kompyuteri, telefon aparatını götürərək yerə çırpıb. Səs-küyə toplaşan iş yoldaşları isterik durumda olan başçı müavinini sakitləşdiriblər. Ona dövlətin puluna alınan kompyuteri, telefon aparatını alıb sındırdıqları ilə əvəzləməsini tapşırıblar.

Məsələ ilə bağlı Şəmkir İcra Hakimiyyətinin hər iki məmurunun mövqeyini yayınlamağa hazırıq. (AzEuroNews.com)

Yenilil\k.Az olaraq məsələ ilə bağlı yazıda qarşı tərəf kimi adları hallanan şəxslərin telefonlarını bilmədiyimiz üçün əlaqə yaradıb münasibətlərini öyrənə bilmədik. Ona görə də özləri münasibət bildirmək istəsələr dərhal fikirlərini dərc etməyə hazırıq. 

Related Articles

+994 50 295 94 79
top