ZAUR KAMALDAN VERİLİŞƏ ÇAĞIRDIĞI MÜĞƏNNİLƏRƏ XƏBƏRDARLIQ ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Aparıcı Zaur Kamal verilişinə qonaq çağırdığı məşhurların geyiminə qadağa qoyur.

BiG.AZ-ın məlumatına görə, aparıcı xanım ifaçılardan proqrama gələrkən qısa geyinməmələrini tələb edir.

Hətta verilişin prodüserləri müğənnilərə zəng edəndə “Qısa paltar geyinməyin” deyərək, xəbərdarlıq edirlər.

Z.Kamal özü də ötən gün proqramında müğənni Yeganə Mürsəlovanın libasının açıq olduğunu deyib. O sənətçiyə “Qısa geyinməyi qadağan etmişəm. İndi də başqa cür açıq olan paltar geyinməyə qoymayacam” deyib.

Qeyd edək ki, Z.Kamal bundan əvvəl verilişinə şortikdə gələn Səidə Sultanı studiyaya buraxmırdı. Daha sonra isə o, studiyaya gələn Səidənin ayaqlarının üstünə şal atıb.

Related Articles

+994 50 295 94 79
top