AFAQ ASLAN AVTORİTET SEVGİLİSİ LOTU QULİNİN EVİNDƏ YAŞAYACAQ? – YENİLİK.AZ

AFAQ ASLAN AVTORİTET SEVGİLİSİ LOTU QULİNİN EVİNDƏ YAŞAYACAQ?

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Avtoritet Lotu Quli ( Nadir Səlifov) ilə sevgi münasibətləri yaşadığı deyilən müğənni Afaq Aslan haqda yeni xəbər var.

BiG.AZ xəbər verir ki, hazırda Türkiyədə yaşayan Lotu Qulinin xanım ifaçını öz yanına, Türkiyəyə dəvət etdiyinə dair məlumatlar yayılıb. İddia edilir ki, Afaq sevgilisinin yanına köçəcək.

Müğənninin sonuncu dəfə sosial şəbəkədə yazdığı “Bədənim bir yerdədir, ruhum bir yerdə” statusu xəbəri təsdiqləmiş olur. Qeyd edək ki, Afaq Aslan sosial media hesabında bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətləri olması haqda rəy yaradıb.

Related Articles