BAŞ NAZİR BÜDCƏ İLƏ BAĞLI QAYDALARA DƏYİŞİKLİK ETDİ – YENİLİK.AZ

BAŞ NAZİR BÜDCƏ İLƏ BAĞLI QAYDALARA DƏYİŞİKLİK ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilib.

BiG.AZ xəbər verir ki, baş nazir Artur Rasizadənin təsdiq etdiyi dəyişiklik prezidentin 2017-ci il 25 dekabr tarixli 1759 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi daşıyır.

“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib1. 5.5-ci bəndə “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

2. 5.5-2-ci bəndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

3. 5.42-ci bəndin beşinci abzasında “Nazirlər Kabineti” sözləri “Prezidenti” sözü ilə əvəz edilsin.

Related Articles

+994 50 295 94 79
top