BAKIDA BÖYÜK OĞRULUQ: 173 MİN MANAT APARDILAR – YENİLİK.AZ

BAKIDA BÖYÜK OĞRULUQ: 173 MİN MANAT APARDILAR

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı “Kapital bank” bankomatını iki nəfər “laqonda” ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub.
Yenilik.az  axar.az-a istinadən xəbər verir ki, bu məlumatı jurnalist Jalə Mütəllibova yayıb. Səhih xəbər olduğunu xüsusi qeyd edən jurnalist oğruların mühafizəçini aldatdığını da bildirib:
“Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, “Sanepidemstansiya”dan gəlmişik, buraları dərmanlayırıq. Mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank də oğru axtarışındadır…”
J.Mütəllibova kamera və rəsmi dövlət qurumları ilə dolu olan ərazidə, günün tən ortasında bankomatı “laqonda” ilə yaran oğruların hərəkətindən təəccübləndiyini gizlətməyib.

Related Articles

+994 50 295 94 79
top