
Aktyor-rejissor Özcan Dəniz özündən 20 yaş kiçik həyat yoldaşı Feyza Dənizlə restorandan çıxarkən kameralara tuş gəlib.
Aktyor bir ay sonra ata olacağını və çox həyəcanlandığını deyib:
“Doğuşa az zaman qalıb. İkimiz də həyəcanlıyıq”.
8 aylıq hamilə olan Feyza isə danışmaq istəməyərək gülümsəməklə kifayətlənib.
Qeyd edək ki, cütlüyün oğlu dünyaya gələcək. Körpəyə “Kuzey” adı veriləcək.