SOSİAL ŞƏBƏKƏLƏR VASİTƏSİ İLƏ GƏNCLƏRİ NECƏ TORA SALDIRLAR — TƏFƏRRÜAT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Sosial şəbəkələr vasitəsi ilə gəncləri tora salanlar yenidən məhkəmə qarşısına çıxarılacaq.

“Ölkə.Az”ın məlumatına görə, 6 nəfərdən ibarət dəstə üzvləri 1-ci instansiya məhkəməsinin hökmündən narazı qaldıqlarına görə, apellyasiya şikayəti veriblər. Həmçinin dövlət ittihamçısı dəstə üzvü olan yetkinlik yaşına çatmayan A.Musayeva ilə bağlı cəzadan narazı qaldığına görə, apellyasiya protesti verib.

Xatırladaq ki, vətəndaşların müraciətlərindən sonra 2016-cı ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəində  cinayət məcəlləsinin 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri – Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə “Facebook” və “Odnoklassnik” sosial şəbəkələrində intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng vuraraq tora düşən gəncləri müəyyən olunmuş kafeyə dəvət ediblər.

Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub.

Related Articles

+994 50 295 94 79
top