BƏŞƏR ƏSƏDDƏN İLK AÇIQLAMA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Suriya prezidenti Bəşər Əsəd ABŞ, İngiltərə və Fransanın raket hücumuna münasibət bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Suriya xarici işlər nazirliyi hücumun Duma şəhərində aparılacaq tədqiqatlara mane olmaq məqsədi daşıdığını vurğulayıb.
Ölkə rəhbəri Bəşər Əsəd isə raket zərbələrini vəhşi və barbar adlandıraraq beynəlxalq hüququn pozulduğunu, Qərbin nəzarəti itirəndən sonra belə addımı atdığını deyib.
Qeyd edək ki, 3 ölkə 110 raket zərbəsi endirib, lakin onların böyük hissəsi havada məhv edilib. Humusda 3 mülki vətəndaş yaralanıb, Dəməşqdə itkinin baş verib-verməməsi barədə məlumat yoxdur.
Dəməşqin şimalındakı Barzehdə yerləşən laboratoriya və təhsil mərkəzinin yerləşdiyi binanın məhv edildiyi deyilir.

Related Articles

+994 50 295 94 79
top