DİN-DƏN MİLLİ ŞURANIN MİTİNQİ İLƏ BAĞLI AÇIQLAMA – YENİLİK.AZ

DİN-DƏN MİLLİ ŞURANIN MİTİNQİ İLƏ BAĞLI AÇIQLAMA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Aprelin 14-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

“Ölkə.Az” xəbər verir ki, Bakı Şəhər Baş Polis idarəsi mitinqlə bağlı açıqlama verib.

“Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”, – deyə açıqlamada bildirilir.

Related Articles

+994 50 295 94 79
top