ƏRDOĞAN ƏSƏBİLƏŞİB İCLASI TƏRK ETDİ- VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 98-ci ili münasibətilə parlamentdə xüsusi iclas keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iclasın gedişatında Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları arasında mübahisə düşüb.

CHP-nin üzvü Özgür Özəlin 15 iyul hərbi çevrilişə cəhd hadisələri barədə ittihamları AKP-liləri özündən çıxarıb. Söz alan Baş nazir Binəli Yıldırım sərt reaksiya verdikdən sonra gərginlik pik nöqtəyə çatıb.

İclası Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə birlikdə izləyən prezident Rəcəb Tayyib Ərdoğan isə baş verənlərə etiraz olaraq iclası tərk edib. O, iclasdakı ümumi mənzərəni “Rəzalət” adlandırıb.

Related Articles

+994 50 295 94 79
top