ƏLİ HƏSƏNOVDAN CAVAB ALA BİLMƏYƏN NARAZI VƏTƏNDAŞ RÖVŞƏN RZAYEVA MÜRACİƏT ÜNVANLADI – ŞİKAYƏT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Laçın rayon məcburi-köçkünü Novruzov Əvəz Adil oğlu redaksiyamıza müraciət edərək bildirib ki, dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də onu mənzil qeydiyyatına almırlar.

BiG.AZ saytı həmin müraciəti təqdim edir:

“Biz 1992 –ci ildən Sumqayıt şəhərində yerləşən Sarıqaya düşərgəsində yaşayırıq. Ailədə 5 nəfərik. Qardaşım 3 il bundan qabaq ailə həyatı qurdu. Atam rəhmətə gedib. Bacımda ailəlidir. 2017-ci ildə mən də ailə qurdum. Bir otaqda anam, qardaşımın və mənim ailəm üstü şiferlə çətinliklə örtdüyümüz balkonda yaşayırıq. Bir otaqda iki ailənin yaşaması çətin olduğu üçün tez-tez qohumlarımızın evində qalırdıq.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayədələrinin mənzillə bağlı siyahıya alamağa gələn zaman işdə oduğum üçün məni qeydə almadılar. Mənə bildirdilər ki, israr eləsəm anamla qardaşımı da o siyahıdan siləcəklər. Çəkindiyimdən çox da üstlərinə getmədim. Sonra da dəfələrlə müraciət etsəm də mənə müxtəlif ünvanlar göstərib bildirdilər ki, guya mən orada yaşayıram. Dəfələrlə Nazirlər Kabinetinə, sabiq komitə sədri Əli Həsənovun qəbuluna getsəm də məni qəbul etmədilər. Hazırda yaşadığımız binada qaz su olamdığı üçün bizim 20 manat çörək pulumuz ödənilirdi. Əhali köçürüləndən sonra bu 36 manat oldu. Amma mənim və yoldaşımın çörək pulu hələ də artmayıb. Əgər iddia etdikləri kimi orda yaşamıramsa niyə mənim çörək pulum artmayıb? Orada yaşamıramsa Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həmin ünvanda yaşamağımla bağlı necə arayış verir və yaxud da qaçqınlıq vəsiqəmə hər il möhür vururlar. Hər il mən qaçqınlıq vəsiqəmə möhür vurdururam. Mən Əli Həsənova, cənab prezidentimizə və Azərbaycanın birinci vitse-prezidentinə, keçmiş baş nazir Artur Rasiz-zadəyə teleqram vursam da heç bir cavab gəlməyib. Burada yaşayanlar siyahıya alınıb evlə təmin olunsa da mən müraciətlərim nəticəsizdir. Mənim hüquqlarım pozulmaqdadır. Əgər yaşamırdımsa niyə prezident seçkilərində seçki buletenini bu ünvana göndərdilər? Mən cənab prezidentdən və yeni sədr Rövşən Rzayevdən kömək istəyirəm. Mən hətta Sumqayıt Rayon İcra Hakimiyyətində də olmuşam. Yenə də mənim müraciətimə baxan yoxdur”.

Related Articles

+994 50 295 94 79
top