ƏMƏKDAR ARTİST KÖNÜLÜN GEYİMİNDƏN DANIŞDI – YENİLİK.AZ

ƏMƏKDAR ARTİST KÖNÜLÜN GEYİMİNDƏN DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Əməkdar artist Nahidə Orucova BiG.AZ-ın sullarını cavablandırıb. Aktrisa Azərbaycan televiziyasının hazırki vəziyyətindən danışıb. O bildirib ki, indi aparıcılar verilişdə şou göstərməklə məşğuldur:

“Bu aralar aparıcı Könül Yusifqızı açıq-saçıq geyimləri ilə müzakirə olunur. Televiziyada olan biri kimi hesab edirəm ki, qadın öz loru dillə desək, əyər-əskiyini gizlətmək üçün açıq-saçıq geyinməməlidir. Həmin xanım bir az kiloludursa və özünü göstərmək istəyirsə o demək deyil ki bədənini açıb ortalıqda qoymalıdır. Çünki realıq deyilən bir şey var. Arıq xanımlar nə qədər açıq-saçıq geyinsə də, bu, onlarda o dərəcədə ifrat görünmür. Amma kilolu xanım açıq paltar geyinirsə, bu, artıq kənardan çox pis görünür. Çünki efir insnı göründüyündən iki qat kök göstərir”.

Əməkdar artist hesab edir ki, qadın özünə stil seçməli, görünüşü ilə tamaşaçının zövqünü oxşamalıdır:

“Sənətçi insan istər səhnəyə çıxanda, istərsə də verilişdə tamaşaçının gözünü oxşamalıdır. Könül xanımın verilişi gecə efirdir deyə açıq-saçıq paltar geyinməsi normaldır. O qadındır, öz bədənini belə təqdim etmək istəyir”.

Nahidə Orucova əməkdaşımızın “Şou üçün bu üsula əl atarsınızmı?” sualına belə cavab verib:

“Bunlar hamısı şou üçündür. Mən heç vaxt belə üsula əl atmaram. 40 ildir ki səhnədəyəm, həmişə çalışmışam ki, şou, qalmaqalla, dedi-qodu ilə gündəmə gəlməyim. Düzdür, hazırda veriliş aparıram, amma diqqət etsəniz görərsiniz ki, şouya əl atmıram”.

Related Articles