YENİ QAYDALAR ORFOQRAFİYA KOMİSSİYASINA TƏQDİM EDİLDİ – YENİLİK.AZ

YENİ QAYDALAR ORFOQRAFİYA KOMİSSİYASINA TƏQDİM EDİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının İşçi qrupunun iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İşçi qrupun sədri, akademik İsa Həbibbəyli bildirib ki, yeni orfoqrafiya qaydalarında olan dəyişikliklər bu il ali məktəblərin qəbul imtahanlarına şamil edilməyəcək.

İclasda o da bildirilib ki, dəyişikliklər Azərbaycan dilinin öz qaydalarına əsaslanıb.

İşçi qrupu öz işini yekunlaşdıraraq yeni qaydaları Orfoqrafiya Komissiyasına təqdim edib.

Qeyd edək ki, 4 ay müddətində Komissiyanın nəzdində fəaliyyət göstərən İşçi qrupu mütəmadi iclaslar keçirərək, orfoqrafiya qaydalarını müzakirə edib. İşçi qrupunda tanınmış dilçi alimlər təmsil olunub.

Related Articles

+994 50 295 94 79
top