TACİR EFİRDƏ ONU BİABIR EDƏN DAYISINDAN DANIŞDI – YENİLİK.AZ

TACİR EFİRDƏ ONU BİABIR EDƏN DAYISINDAN DANIŞDI

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Müğənni Tacir Şahmalıoğlu ötən gün “Xəzər TV”də yayımlanan “5/5” verilişində dayısının onun haqda söylədiyi fikirlərə münasibət bildirib.

Yenilik.az axşam.az-a istinadən xəbər verir ki, proqramın aparıcısı Zaur Kamal canlı yayımda Tacirlə telefon bağlantısı yaradıb. Aparıcı müğənnini məsələdən agah edəndə Şahmalıoğlu təəccüblənib.

O, dayısını atdığı addıma görə ciddi ittiham edib və dayısı haqda “Özünü idarə edə bilmir, efirdə çıxıb bu məsələni danışır” sözlərini işlədib.

Sənətçi eyni zamanda dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb.

Qeyd edək ki, ötən gün adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs müğənni T.Şahmalıoğlunun dayısı qismində verilişdə açıqlamalar verərək, ifaçını qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib.

Related Articles