YENİ YARADILAN QURUMA DİREKTOR TƏYİN EDİLDİ – YENİLİK.AZ

YENİ YARADILAN QURUMA DİREKTOR TƏYİN EDİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov muxtar respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilməsi haqqında fərman imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, fərmana əsasən Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilib.
Qeyd edək ki, Ali Məclis sədrinin bu gün imzaladığı sərəncamla Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasında Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
Bəxtiyar İsmayılov bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Related Articles