HƏYƏTİNDƏ CİNS İTLƏR SAXLAYIR – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

İnsana ən yaxın və sadiq heyvan kimi tanınan itləri sevənlər çoxdur. Ancaq Gəncədə yaşayan kinoloq Nemət Əliyev qədər onların dilini bilən insanı tapmaq o qədər də asan deyil. Onu illərdir ki, Gəncə və ətraf ərazilərdə bu sahənin mahir bilicisi kimi tanıyırlar.

Nemət Əliyev itlərə əmrlərə tabe olmagı öyrədir, onların qayğısına qalır.

Kinoloq bu işə gənclik illərində aldığı bir alman itinin nəslinin artırılması ilə başlayıb. Müxtəlif cins it bəsləməklə məşğul olan Nemət Əliyevin sözlərinə görə, itlər 4 qrupa – dekorativ, ov, keşik və xidməti növlərə bölünür. Bu qrupların hər birinə isə onlarla cins it daxildir.

Mütəxəssis deyir ki, Azərbaycanın yerli cinsləri yüksək keyfiyyətlərə malikdir. Buna baxmayaraq xarici cinslər getdikcə populyarlaşır, daha çox maraq cəlb edir.

Nemət Əliyev, həmçinin itlərə xüsusi təlim keçir. Bura-itaət, mühafizə, axtarış kimi növlər daxildir. Buna görə də ona tez-tez müraciət edənlər olur.

Kinoloqun sözlərinə görə, Qərb bölgəsində it cinslərini yetişdirməklə məşğul olanlar barmaqla sayılır. Bu sahəyə tələbat olsa da, insanlar nədənsə maraq göstərmirlər. Kinoloq, eyni zamanda başqa heyvanlara da maraq göstərib. Ancaq hazırda onları saxlaya bilmir. Deyir ki, şəhərdə zoopark olsa xeyli maraqlı heyvan toplamaq olar. /xezerxeber.az

 

Related Articles

+994 50 295 94 79
top