SƏS-KÜYƏ DAİR ŞİKAYƏT ARAŞDIRILIB – SAHİBKARLARA CƏRİMƏ KƏSİLİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət Nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb. Kafedə aparılan ölçmə işləri nəticəsində səs–küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.

TİA.AZ

Related Articles

+994 50 295 94 79
top