RÖYA: “MƏNİ ALAN OĞLAN MƏGƏR BAĞÇADAN UŞAQ ALMIŞDI? ” – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycanın 1 nömrəli xanım ulduzu Röya Ayxan “Stop” verilişinin qonağı olub. İfaçı Nail Naiboğlunun suallarını cavablandırarkən çox səmimi olub.

Əməkdar artistin cavablarını ixtisarla təqdim edirik: “Bunlar yatıblar ee. 2007-ci ildə mənə aid veriliş də hazırlamışdılar. ““Zato” ərə getdim. Məni alan oğlan məgər bağçadan uşaq almışdı? Bilmirdi kimi alır? Bunlar yatıb ee. Yaşıdları da ölüb, gedib soruşa bilmirsən. Vallah ayıbdır!”

“Mən kiməsə stop qoymamışam.Amma gərək bəzilərinə stop qoyum. Fikirləşirəm ki, bəzi məqamlarda vaxtında stop qoyasan. Stop verməyəndə olmur, başına çıxırlar. Məni tanımadan müzakirə edənlərə, hələ də məni balaca bilənlərə stop qoymaq istəyirəm”.

“Radionu saxta insanlar, yarimştat adamlar, müğənnilərin “şustryakları”, əlaltıları ələ alıb. Bir diski buraxırsan, içindən ancaq birini buraxırlar. Digər mahnılar hədər olur”.

“2005- 2006-ci illərdə çox səhvlər etdim. İnsan öz səhvləri üzərində öyrənir. Artıq o səhvləri etmərəm”.

“Bəstəkarlar mənə musiqi təqdim edəndə, dinləyən kimi bilirəm o mahnını kim oxuya bilər. Bir mahnı vardı, mən onu ancaq Aygün Bəylərə yaraşdırdım”.

“İnsan ucaldıqca tənhalaşır. İndi mənə çox çətindir həyatıma kimisə buraxmaq”.

“Əməkdar artist son zamanlar xalq artisti Flora Kərimova ilə yaşanan qalmaqaldan da danışıb: “Mənə elə gəlir ki, köhnələr çox paxıldırlar. İlhamə Quliyeva ilə bir söhbətimiz olmuşdu, o vaxt Flora Kərimova tez-tez mənə zəng vururdu, yanına çağırırdı. Səy vaxtlarım idi, mən nə bilim? Bunları indi tanımağa başlamışam. Nə bilim vallah, Allah uzun ömür verib, ağlı əlimdən alacaqsa, mən qısa ömür versin, ağıllı çıxıb gedim bu dünyadan”.

“Mən ağıllı qadınam. Başyiyən deyiləm. İndiyə kimi siz pul qazanıb parikinizi dəyişə bilmirsiz, indiyə kimi bir dənə marka tanımırsız, indiyə kimi biz sizin üçün xahiş edirik, sizin üçün paltarlar gətirirlər.Sənsən ağıllı yoxsa mən? Sənsən hörmətli, yoxsa mən?”.

Related Articles

+994 50 295 94 79
top