“TURİSDƏN 400 MANAT ALIB AZƏRBAYCANI NİYƏ BİABIR EDİRSƏN?”

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Tanınmış müğənni Nura Suri dünya ulduzu Kristina Aqileranın dünən Bakıda keçirilən konsertindən sonra taksi sürücülərinin qonaqlara davranışına etiraz edib.

“Qafqazinfo” xəbər verir ki, müğənni sosial şəbəkədə yazdığı statusda azərbaycanlıların taksilərdən qiymətə görə istifadə edə bilmədiklərini qeyd edib:

Dünən Crystall Halldakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi sürücülərin buna icazə verməməsi olub. Onlar burada elə-belə durduqlarını deyiblər. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər.

Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.

Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! Bu, nə xasiyyətdir?! Götürək ki, sən 400 manat aldın o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da! Niyə Azərbaycanı biabır edirsən?!Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar?! Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq?! Bu, nə biabırçılıqdır?!”

Related Articles

+994 50 295 94 79
top