BAŞ NAZİR ŞƏBƏKƏYƏ QOŞULMA HAQQINI TƏSDİQ ETDİ – YENİLİK.AZ

BAŞ NAZİR ŞƏBƏKƏYƏ QOŞULMA HAQQINI TƏSDİQ ETDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Baş nazir Novruz Məmmədov “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”ni təsdiq edib.

TİA.AZ  xəbər verir ki, qərarda aşağadakılar öz əksini tapıb.

1. “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə 24 (iyirmi dörd) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə onların istəyinə uyğun olaraq 12 (on iki) gün müddətində qoşulmasına görə qoşulma haqqının məbləği” təsdiq edilsin (2 nömrəli əlavə).

3. Müəyyən edilsin ki, bu qərarın 1-ci və 2-ci hissələri ilə təsdiq edilən sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla, mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqının məbləğinə həmçinin sahibkarların sayğacla ilk dəfə təchiz edilməsi və onların quraşdırılması ilə bağlı xərclər, habelə əlavə dəyər vergisi daxildir.

Related Articles