“VEYSƏLOĞLU”NUN ƏMƏKDAŞINA HÜCUM OLUB, ŞİRKƏTİN 70 MİN MANATI APARILIB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Mingəçevir şəhərində şirkət əməkdaşına hücum olub, onun üzərindəki külli miqdarda pul aparılıb.

“Report”un Şirvan bürosunun verdiyi məlumata görə, “Veysəloğlu” Şirkətlər Qrupunun Mingəçevir filialında çalışan Abdullayev Elvin Rafiq oğlu yaşadığı binadan çıxarkən 2 nəfərin hücumuna məruz qalıb. Naməlum şəxslər zərərçəkənin əlində olan çantanı alaraq qaçıblar.

Məlumata görə, çantanın içərisində “Veysəloğlu” Şirkətlər Qrupuna məxsus 70 min manat vəsait olub.

Related Articles

+994 50 295 94 79
top