DİQQƏT! BU YERLƏRDƏ TİKİLƏN EVLƏR SÖKULƏCƏK – VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

ARB TV-nin “Günə Doğru” əkin yerlərində tikilən evlərin söküləcəyi ilə bağlı maraqlı sujet yayımlanıb.

Xaçmazın Gülalan kənd sakini Fəzail Sultanov on ildən çoxdur ki, təsərrüfatla məşquldur. O bildirir ki, bağçılıqla yanaşı fermer təsərrüfatı ilə də məşqul olmaq istəyir. Lakin tikinti aparmaq üçün təyinatı üzrə torpaq sahələrinin olmaması və pay torpağı yerlərində bu tip tikintini aparılmasına icazənin verilməməsi onu bu istəyini reallaşdırmağa imkan vermir.

Fəzail Sultanov -Xaçmaz sakini: “Mənim 2 hektar 6 sot pay torpağım var. Sadəcə olaraq hökümətin pay torpaqlarında tikinti işləri aparılmasına qadağa qoyulduğuna görə mən o işi görməmişəm. Təzəlikcə balaca fındıq bağı salmışam. Bir də heyvanlar üçün örüş yeri saxlamışam”.

Bəzən regionlarda Əmlak Məsələləri Dövlət Komitəsinin müfəttişləri yoxlama keçirərkən müxtəlif qanun pozuntularına rast gəlir. Belə ki, sahibkarlar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində həm də heyvandarlıqla məşqul olmaq məqsədilə qanunsuz tikinti aparır. Məsələn ərazidə tövlələr, kənd təsərrüfatı ilə məşğul olan ailənin yaşaması üçün fərdi evlər tikir. Belə olduqda manitorinq aparan qurum, bələdiyyə orqanları ilə sahibkarlar arasında anlaşılmazlıqlar yaranır.

Ceyhun Mustafayev – Bələdiyyə sədri: “Vətandaşlarda bir anlaşılmazlıq yaranır ki, vətəndaş hər hansı bir mülkiyyətçidən pay torpağını özəlləşdiri, pulu ilə alır elə təsəvvür edir ki, bu onun mülkiyyətidir və o torpaq sahəsində istənilən bir fəaliyyət növü ilə məşğul olmaq olar. Ev tikmək olar. Biz onlara izah edirik, qanunvericiliyin şərtlərini göstəririk ki, həmin torpaqlar fərqi yoxdu hər hansı bir təyinatla alınıbsa sırf həmin təyinatda istifadə oluna bilər”.

Sözü gedən sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir.

Ceyhun Mustafayev – Bələdiyyə sədri: “Həmin torpaqlarda bu və ya digər formada sahibkarlıq fəaliyyəti ilə tikintilərin aparılması qadağandır. Həmin tikililər üçün adətən topraqlar ayrılıb. Əgər yaşayış evləri tikilirsə bu yaşayış məntəqələri torpaqlarına aiddir. Sahibkarlıq obyektləri tikilərsə sahibkarlıqla məşğul olmaq üçün ayrılmış xüsusi yararsız torpaqlar var ki, onu da özəlləşdirdikdən sonra orada tikinti aparmaq olar”.

Torpağın dəyişdirilməsi məsələsi sahənin təyinatı üzrə istifadəsi səmərəsiz olduğu hallarda yəni subasma, çökmə, sürüşmə, şoranlaşma və digər təbiət hadisələri nəticəsində torpağın strukturu, habelə keyfiyyət göstəriciləri dəyişdikdə və ya yararsız hala düşdükdə reallaşa bilər.

Related Articles

+994 50 295 94 79
top