GƏNC XANIM İCRA BAŞÇISININ MÜAVİNİ OLDU

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini vəzifəsinə yeni təyinat olub.

Oxu.Az xəbər verir ki, həmin vəzifəyə 30 yaşlı Anara Kamil qızı Hacıbəyli təyin edilib.

Bu haqda məlumatı Oxu.Az-a Pirallahı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

A.Hacıbəyli İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatında baş məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Anara Hacıbəyli ailəlidir və iki övladı var.

Related Articles

+994 50 295 94 79
top