UMAYRA TAĞIYEVAYA VƏZİFƏ VERİLDİ – YENİLİK.AZ

UMAYRA TAĞIYEVAYA VƏZİFƏ VERİLDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyində işə başlayıb.

Bu haqda məlumatı Oxu.Az-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova təsdiqləyib.

O bildirib ki, Umayra Tağıyeva bundan sonra nazirlik aparatının Ekoloji Təbliğat Şöbəsində işləyəcək.

“U.Tağıyeva bundan sonra nazirliyin ekoloji təbliğat sahəsində gördüyü işlər haqqında məlumat verərək, ictimaiyyəti bilgiləndirəcək. O, hava proqnozu, atmosfer havası, Xəzər sularında aparılan monitorinqlərin nəticələri və digər məsələlərlə bağlı vaxtaşırı efirdə görünəcək”.

Qeyd edək ki, U.Tağıyeva 2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsindən azad edilib. Onun yerinə Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev təyin edilib.

Related Articles