“BAKCELL” JURNALİSTLƏRİN AĞZINI NECƏ QAPADIR?-PR MENECERLƏRİ İŞ BAŞINDA-VİDEO – YENİLİK.AZ

“BAKCELL” JURNALİSTLƏRİN AĞZINI NECƏ QAPADIR?-PR MENECERLƏRİ İŞ BAŞINDA-VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 1
    Share

“Bakcell”in PR menecerleri bir-bir redaksiyalarla təmasa keçib, onların əməkdaşlarının “Bakcell” nömrəsi işlədib-işlətməməsi ilə maraqlanırlar.

Bu barədə Mia.az-a bir neçə saytdan məlumat verilib.
 
Bildirilib ki, son bir ayda mediada kifayət qədər tanınan jurnalistlərin “Bakcell”i açıq şəkildə oğurluqda, cibgirlikdə, bir sözlə, soyğunçuluqda ittiham etməsindən sonra  adıçəkilən şirkətin əməkdaşları hərəkətə keçiblər: “Hazırda “Bakcell”in nümayəndələri  ictimai rəyə az-çox təsir edən, əsasən də ucuz reklam əməkdaşlıqları qurduqları redaksiyalarla təmasa keçiblər. Onlar əsasən,  reklam adı ilə hər ay 70-100 manat pul və ya bu məbləğ civarında kontur verdikləri saytlarla əlaqə yaradıb, əməkdaşları arasında bu şirkətin abunəçilərinin olub-olmaması ilə maraqlanır, onların telefon nömrələrini götürürlər. Səbəb isə son həftələr jurnalistlərin “Bakcell”in oğurluğunu ictimailəşdirib, etiraz etmələridir”.
Saytlardan birinin redaktoru Mia.az-a deyib ki, mobil operatorun əməkdaşları azvision.az saytının baş redaktoru Vüsal Məmmədovun “Bakcell”in fırıldaqları haqda sosial şəbəkədə yazdığı statusdan sonra onlarla əlaqə yaradıblar: “Bəli, bir şirkətin PR menecerləri bizimlə də “kontakt” yaradıb, işçilərimiz arasında “Bakçell” nömrəsi işlədənlərin nömrəsini istədilər.  Bu, onu göstərir ki, “Bakcell” son vaxtlar həqiqətən də jurnalistlərin etirazından çox narahat olub və ehtimal olunan növbəti etirazların ictimailəşməsinin qarşısını almaq istəyirlər.  Düzü, mənə də maraqlıdır ki, jurnalistlərin nömrələrini nəzarətə götürüb, onların ağzını da yumduqdan sonra nə olacaq? Belə çıxır ki, jurnalistlərin daha cibinə girilməyəcək. O halda, bəs, milyonlarla sadə abunçilər necə olacaq, onlarla necə davranacaqlar? Yəni onların da nömrəsi avtomatik şəkildə fırıldaqçı şirkətlərin şəbəkəsinə daha qoşulmayacaq, yoxsa, jurnalistlərin ağzını 70-100 manatlıq “reklam”la qapatdıqdan sonra tribuna tapmayan minlərlə abunəçinin “yüklənməsi” yenə davam edəcək?”.
Yeri gəlmişkən, qeyd edək ki, “Bakçell” şirkətinin nömrələri avtomatik olaraq qondarma fırıldaqçı şirkətlərin sisteminə qoşulmaqla, balansları abunəçilərdən xəbərisz boşaldılır.
Bununla bağlı ilk etirazı APA holding-in  əməkdaşı  Nizam Rzayev dilə gətirdi.
Həmin vaxtı Mia.az sosial şəbəkədə yazılan bu etirazı ictimailəşdirdi. Şirkət isə məsələyə rəsmi izahat vermək əvəzinə, sayta zəng edib, yazının çıxarılmasını istəyib…
Bunun ardınca isə jurnalist Taleh Şahsuvarlı “Bakcell”in balans oğurluğuna daha sərt etiraz bildirib.
Bundan sonra bir neşə jurnalist də etirazlarını dilə gətirməyə cəsarətləndi.
Daha sonra isə  “Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov “Feysbuk”da  “üsyan” etdi. O, belə yazmışdı:
“Telefona 10 manat yüklədim, heç nə danışmadığım halda, 3 günə qurtardı. Birinci dəfə dedim, yəqin nəsə texniki səhv olub. İkinci dəfə dedim, içinə zəhər, indi nə məsələdir görəsən? Üçüncü 10 manat da üç günə qutarandan sonra getdim Bakcell-in müştəri xidmətlərinə”.
Onun sözlərinə görə, müştəri mərkəzində ona izah ediblər ki, guya hansısa kənar şirkətlərin servislərinə qoşulub: “”Vialink”, “Simtoday”, “Navigator”, sizin it bizim örkəni apardı… Hamısının da adını birinci dəfə idi eşidirdim. Nə qədər and-aman elədim ki, mən belə zir-zibilə qoşulmamışam, xeyri olmadı. Bir siyahı verdilər ki, həmin şirkətlərə bir-bir zəng vurub, xidmətlərini ləğv etdirim.
 Heç vaxt qoşulmadığım “xidmət”ləri ləğv etdirmək üçün durub itə-qurda zəng vururam…
Özü də “xidmət” sözü heç yerinə düşmür, xidmətin insana hansısa faydası olar, bu isə açıq-aşkar cibgirlikdir. Sadəcə, cibgirliyin yüksək texnoloji formasıdır. Bakcell, 10 ildən çoxdur sizin müştəriyəm, sizə şirkət olaraq həmişə hörmətlə yanaşmışam, amma bu, nə deməkdir? Bu fırıldaqçılara niyə meydan vermisiniz? Çəkin bunların əlini camaatın cibindən!..
Hər şey cəhənnəmə, sizin adınıza yaraşdırmıram…”.Mia.az
    Eyni hadisə bir çox verilişlərdən ekspert həkim kimi tanıdığımız Qalib Əsədovun da başına gəlib. Bununla bağlı Qalib həkim sosial şəbəkədə belə yazıb: “Bu yaxınlardəa mənim və ailə üzvlərimin BAKCELL nömrələrindən konturlar sürətlə yoxa çıxırdı. Bu gün BAKCELL-İn Sarayevo küçəsində yerləşən müştəri xidmətlərinə yaxınlaşdım. Üz gözündən zəhər yağan bir xanım nəyisə araşdırıb, kobud şəkildə dedi ki, guya mən “Qarışıq söz oyunu” adlanan oyuna qoşulmuşam.)))) Mən and aman elədim ki, nəinki mən, 80 yaşlı anam və ailə üzvlərimin heç birisi belə bir oyun nə olduğunu ilk dəfə sizdən eşidirik. İnanmadılar. Mənə nömrə verdilər ki, bu oyun “SİMTODAY” şirkətinin oyunudur və bizə heç bir dəxli yoxdur. Nömrəsi də 0124041389-dur. Həmin şirkətə zəng etdim, özünü təqdim etməkdən boyun qaçıran bir xanım cavab verdi ki, hazırda sistemdə problem var və sizi oyundan silə bilmərik. )))) Bunun adı nədir? Mən oğrusunuz dedim. BAKCELİN nümayəndəsi isə bildirdi ki, bizim şirkətə oğru deyə bilməzsiniz, yoxsa sizi məhkəməyə verə bilərik. Bəs görən belə oyunbazlığa nə ad vermək olar, Bir milyon müştərinin hərərsindən 1 manat oğurlayanda 1 milyon manat edir. Bəlkə siz deyəsiniz BUNUN ADI NƏDİR? Mən OĞURLUQDUR deyirəm!!!! Əgər BAKCELL haqlıdırsa məni məhkəməyə versin…..”
Bu qeydlərin altında rəy yazan xeyli sosial şəbəkə istifadəçisi də Bakcellin xidmətlərindən narazılıqlarını bildiriblər.
YENİLİK.AZ  olaraq Bakcell şirkətinin bu şikayətlərə hər hansı bir münasibəti yəqin ki, olmalıdır və olarsa biz onu dərhal dərc etməyə hazırıq. 

 

Related Articles