ZİYAFƏT ƏSGƏROV PARLAMENTİN İŞİNİ İŞIQLANDIRAN JURNALİSTLƏRİ TƏNQİD EDİB – YENİLİK.AZ

ZİYAFƏT ƏSGƏROV PARLAMENTİN İŞİNİ İŞIQLANDIRAN JURNALİSTLƏRİ TƏNQİD EDİB

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlamentin televiziyasının yaradılması təklif edilib.

Yenilik.az“report”-a istinadən xəbər verir ki,bu təkliflə hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov (Babaoğlu) çıxış edib.

O deyib ki, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: “Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlamalıdır”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, qanun layihələri qəbul edilir, müəyyən məsələlər müzakirə edilir, amma jurnalistlər buna diqqət yetirmir: “Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır”.

Related Articles