BAKI SAKİNLƏRİ BOĞULURLAR – ŞİKAYƏT

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Sosial şəbəkələrdə paytaxtın Qara Qarayev, Xalqlar Dostluğu, Əhmədli, Neftçilər, Bakıxanov kimi ərazilərində ötən gün axşam saatlarında havanın çox ağır olduğu barədə məlumat yayılıb.

Oxu.Az-ın xəbərinə görə, bəzi istifadəçilər ürək bulanmasından və baş ağrısından şikayətləniblər.

Onlardan bəziləri bunun yeni qaz xəttinin çəkilişi ilə əlaqədar olduğunu, digərləri havanın çirklənməsi ilə əlaqələndiriblər. Bəzi istifadəçilər bunun hətta “kimyəvi hücum” olduğunu yazıblar.

İstifadəçilər evlərin qapı və pəncərələrini bağlamağa çağırıblar.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Oxu.Az-a açıqlamasında bildirib ki, quruma bununla bağlı heç bir şikayət daxil olmayıb:

“Sakinlər aidiyyəti üzrə müraciət etsinlər. Bundan sonra həmin əraziyə əməkdaşlarımız göndəriləcək və məsələ yerində araşdırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.

Related Articles

+994 50 295 94 79
top