MƏLEYKƏ ƏSƏDOVA İLƏ ÇƏKİŞƏN XALQ ARTİSTİi ƏSƏBİLƏŞDİ – YENİLİK.AZ

MƏLEYKƏ ƏSƏDOVA İLƏ ÇƏKİŞƏN XALQ ARTİSTİi ƏSƏBİLƏŞDİ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xəbər verdiyimiz kimi bir neçə gündür sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.

Hətta bununla bağlı açıqlama verən diaspor sədri Ağadadaş Ağayev qızını erməniyə ərə verdiyinə görə peşman olmadığını, əksinə onun həyat yoldaşının da erməni olduğunu bildirib.

Sözügedən hadisə bir müddət öncə xalq artisti Məleykə Əsədova ilə məhkəmə çəkişməsində olan həmkarı, xalq artisti Ramiz Məliyi də özündən çıxarıb. Belə ki, əsəblərinə hakim ola bilməyən xalq artisti sosial şəbəkədəki şəxsi hesabından sərt şəkildə diaspor sədrini qınayıb və onun vəzifədən qovulmasını istəyib.

Hamçinin aqressiyasını cilovlaya bilməyən xalq artisti televiziyaların fəaliyyətindən də narazılığını vurğulayıb və efirdə yayımlanan verilişlər içərisində əxlaq və mənəviyyat təbliğ edən verilişlərin olmadığını qeyd edib.

Related Articles

+994 50 295 94 79
top