XALQ ARTİSTİNDƏN ZAUR KAMALA AĞIR SÖZLƏR: AXMAQ-AXMAQ…

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.

Açıqlama verən diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:

 

“ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də Az.TV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində həddi aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.
/// yenicag.az

Related Articles

+994 50 295 94 79
top