PALATANIN SƏDRİ VƏ İŞÇİLƏRİNİN MAAŞI NARAZILIQ YARATDI – DEPUTATLARDAN ETİRAZ – YENİLİK.AZ

PALATANIN SƏDRİ VƏ İŞÇİLƏRİNİN MAAŞI NARAZILIQ YARATDI – DEPUTATLARDAN ETİRAZ

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

“Hesablama Palatasına biz həmişə doğma təşkilatımız kimi baxmışıq. 1-ni deyəndə 5-ni deməmişik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əli Məsimli deyib.

Deputat ironiya ilə deyib ki, “Hesablama Palatası haqqında” qanun layihəsini hazırlayana təşəkkür edirlər.

O bildirib ki, qanun layihəsində Hesablama Palatasının sədrinin maaşı Milli Məclisin spikerinin əməkhaqqısı səviyyəsində müəyyən edilib.

“Mən Milli Məclisin işçisiyəm və birbaşa olaraq işlədiyim yerin maraqlarını qorumaq mənim borcumdur. Dünyada heç bir ölkənin parlamentinə birmənalı münasibət yoxdur. Bunun haqlı və haqsız tərəfləri var. Mən Milli Məclisə yönələn haqsız iradları qəbul etmirəm.

Bəlkə də elə görünür ki, bir sıra icra strukturları özünün prezident tərəfindən müəyyənləşmiş, etimad göstərilmiş missiyalarını yerinə yetirmədiyinə, özünün biznesi ilə məşğul olduğuna görə, özünün vəzifəsini avtopilota qoyub hər şeyi Milli Məclisin üstünə istiqamətləndirir. Açıq formada deyirik ki, buna qarşı müqavimət göstərəcəyik. Mən deputatlara yuxarıdan aşağıya baxılmasını mənfi qiymətləndiririəm”.

****

“Söhbət yüz, iki yüz manatdan getmir, amma Hesablama Palatasıbnın üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O qeyd edib ki, millət vəkillərinin maaşları məsələsi əsaslı-əsassız şəkildə son zamanlar gündəmi zəbt edib. “Bu məsələ ətrafında hələ də müzakirələr, söz -söhbətlər davam edir. Amma hesab edirəm ki, bu məsələdə də ədalətsizliyə yol vermək olmaz. Eyni zamanda hesab edirəm ki, Hesablama Palatası üzvlərinin maaşları millət vəkillərinin əməkhaqlarından artıq olmamalıdır və ola da bilməz. Necə olur ki, Hesablama Palatası Milli Məclisin qurumu olduğu halda, amma onun üzvlərinin maaşları millət vəkillərinin əmək haqlarından artıqdır? Bu, düzgün deyil. Burada da söhbət yüz, iki yüz manatdan getmir, məsələyə ədalətli yanaşmadan gedir”.

modern.az

Related Articles

+994 50 295 94 79
top