ASTARA TƏHSİL ŞÖBƏSİNDƏ NƏ BAŞ VERİR?-VİDEO – YENİLİK.AZ

ASTARA TƏHSİL ŞÖBƏSİNDƏ NƏ BAŞ VERİR?-VİDEO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 13
    Shares


Astara şəhəri 2 saylı orta məktəbin ingilis dili müəllimi Fuad Mehrəliyev təhsil şöbəsində və məktəbdə haqsızlıqlarla üzləşdiyini iddia edərək sosial şəbəkədə bir neçə qeyd paylaşıb və redaksiyamızdan şikayətinin ictimailəşdirilməsini xahiş edib. Onun iddiasına görə Astara təhsil şöbəsində müəllimlərin işə qəbul imtahanlarında yaxşı nəticə göstərib müəllim adını qazananlara mənfi münasibət göstərilir,  işlədiyi məktəbdə sinif otağı əlindən alınıb, qeyri-qanuni pul yığılır və s. Bu iddialarla bağlı Astara şəhər icra hakimiyyəti başçısının müavini Yasamən Rəsulobva ilə əlaqə saxladıqda bildirdi ki, şikayətçi müəllim ona müraciət etmədiyi üçün problemdən xəbəri yoxdur və təhsil şöbəsinin müdiri Qızbəs xanımla əlaqə saxlamağı məsləhət gördü. Təhsil şöbəsinin müdirinə isə  nə qədər zəng etsək də cavab verən olmadı. 2 saylı orta məktəbin direktoru Maya Həsənova ilə əlaqə saxladıq. O bizə bildirdi ki, Fuad Mehrəliyevin iddiaları tamamilə əsassızdır, onun ingilis dili otağında tibb otağı yaradılıb, əvəzində isə yeni bir ingilis dili kabineti verilib, həmçinin dərs keçdiyi sinifdə uşaqlar partanı sındırdıqları üçün müəllimə həmin partanı düzəltidrmək tapşırılıb, ondan pul istəyən olmayıb. müəllim isə bildirib ki, mən parta düzəltdirməli deyiləm.” Bununla belə direktor şikayətçi müəllimi yenə dinləməyə və problemlərini həll etməyə çalışacağını, bunun üçün onu məktəbə dəvət etdiyini bildirdi.

YENİLİK.AZ  olaraq Astara təhsil şöbəsinin müdiirinin mövqeyini də dərc etməyə hazır olduğumuzu bildiririk.

Related Articles