İCRA BAŞÇISI PETEK DİNÇÖZE TORPAQ BAĞIŞLAYIB? – AÇIQLAMA – YENİLİK.AZ

İCRA BAŞÇISI PETEK DİNÇÖZE TORPAQ BAĞIŞLAYIB? – AÇIQLAMA

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com

Ötən həftə Şəkiyə konsert verməyə gələn türkiyəli müğənni Petek Dinçözə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov torpaq sahəsi hədiyyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə “ATV maqazin onlarla” proqramına açıqlama verən müğənni icra başçısının ona söz verdiyini deyib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:

“Həmin videonu görmüşük. Lakin bu məlumatlar yalandır və həqiqəti əks etdirmir. Xəbər təkzib olunub. Torpağın mülkiyyətçisi bələdiyyədir. İcra hakimiyyəti olaraq bələdiyyənin yerinə hər hansısa söz deyə bilmərik. Bu səbəbdən də icra başçısı bu mülki kiməsə bağışlaya bilməz. Həmçinin xarici vətəndaşlara torpaq satışı qanunla qadağandır.”

Related Articles