BAKIDA MƏKTƏBİN XANIM DİREKTOR MÜAVİNİ CİNAYƏTDƏ İTTİHAM OLUNUR – FOTO – YENİLİK.AZ

BAKIDA MƏKTƏBİN XANIM DİREKTOR MÜAVİNİ CİNAYƏTDƏ İTTİHAM OLUNUR – FOTO

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
  • 3
    Shares

Binəqədi Rayon Məhkəməsində dələduzluqda ittiham olunan 2 nəfər barəsində məhkəmə prosesi başlayıb.

Yenilik.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 178.2.1-ci (dələduzluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Məhərrəmov Elmir Məmməd oğlu və Əjdərzadə Samirə Məhəmməd qızının məhkəmə prosesinə hakim Mirheydər Zeynalov sədrlik edir. Cinayət işində zərərçəkən qismində Xəlilov Tural Tahir oğlu tanınıb.
Qeyd edək ki, təqsirləndirilən Əjdərzadə Samirə Məhəmməd qızı Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Belə ki, S.Əjdərzadənin hazırda da həmin məktəbin direktor müavini vəzifəsində işləməsi ilə bağlı 149 saylı məktəbin direktoru Rəhilə Baxşıyeva ilə əlaqə saxladıq. Rəhilə Baxşıyeva bildirdi ki, Samirə Əjdərzadə ötən ildən məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, aprel ayının 9-dan isə bülletendədir. Anası vəfat etdikdən sonra ürəyində problemlər yaranıb, müalicə alır. Həmçinin Rəhilə xanım, S.Əjdərzadə barədə hər hansı cinayət işinin başlanıb-başlanılmamasından xəbərsiz olduğunu da qeyd etdi.

Related Articles