“AŞPA-NIN SƏMƏD SEYİDOVLA BAĞLI QƏRARI ƏDALƏTSİZDİR”

Saytla əlaqə: 994 50 295 94 79, yenilikaz@gmail.com

“Azərbaycanın bəzi “vətənpərvər”ləri bu məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazırlar. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə sanskiya qoyulmuşdu”.

BiG.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, bəziləri bunun ilk sanksiya olduğunu deyirlər: “Bu, doğru deyil, dəfələrlə belə olub. Onlar həmişə qərarlarından sonra peşman olublar”.

O.Əsədov xatırladıb ki, AŞPA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: “Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım, dedim ki, biz sanskiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclasları Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək”.

Spiker vurğulayıb ki, AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar: “Bu da onların qərəzli olmasından xəbər verir”.

Deputat Fazil Mustafa Azərbaycan parlamentinin Avropa Şurası Parlament Assambleyasına etiraz bəyanatının göndərilməsini təklif edib.

O, etiraz bəyanatının hazırlanmasının vacibliyinin vurğulayıb: “Bu sənəd AŞPA-nın iyunda keçirilən iclasında oxunmalıdır və paylanılmalıdır”.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli vurğulayıb ki, Azərbaycanın 2001-ci ildən Avropa Şurasında təmsilçiliyi ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və vaxtilə Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən hazırkı prezident İlham Əliyevin əsasını qoyduğu strategiya üzrə davam etdirir: “O qeyd edib ki, bu strategiyanın mahiyyəti Azərbaycana qarşı hələ də işğalçılıq siyasətini davam etdirən Ermənistanı ifşa etməkdir: “Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti daim milli maraqlardan çıxış edib. Səməd Seyidova qarşı tətbiq edilən sanksiya buna qarşı məkrli addımdır. Seyidovun korrupsiya məsələlərində heç bir iştirakı olmayıb. Amma sonda ona qarşı sanksiya qərarı qəbul olundu. Səməd Seyidov haqsız yerə cəzalandırılır, heç bir günahı olmadan. Bu, AŞPA-ya başucalığı gətirmir. Azərbaycan nümayəndə heyəti bundan sonra da bu qurumda öz prinsipial fəaliyyətini davam etdirəcək”

Related Articles

+994 50 295 94 79
top