SAHİL BABAYEV DAHA BİR ŞÖBƏ MÜDİRİNİ İŞDƏN ÇIXARDI, 5 ŞÖBƏYƏ MÜVƏQQƏTİ MÜDİR TƏYİN ETDİ – PROSES DAVAM EDƏCƏK – YENİLİK.AZ

SAHİL BABAYEV DAHA BİR ŞÖBƏ MÜDİRİNİ İŞDƏN ÇIXARDI, 5 ŞÖBƏYƏ MÜVƏQQƏTİ MÜDİR TƏYİN ETDİ – PROSES DAVAM EDƏCƏK

Əlaqə:994 50 295 94 79, yenilikaz@gmail.com
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bakı şəhəri üzrə 5 rayon şöbəsinin müdiri vəzifəsinə müvəqqəti təyinatlar olub.
Yenilik.az “Report”a istinadən xəbər verir ki, müvafiq əmrlə DSMF-nin Yasamal şöbəsinin müdiri vəzifəsi müvəqqəti olaraq İlham Orucova, Sabunçu şöbəsinin rəhbəri vəzifəsi Firdovsi Əliyevə, Suraxanı şöbəsinin müdiri vəzifəsi Pərviz Rüstəmova, Xətai şöbəsinə rəhbərlik isə Firdovsi Bədəlova həvalə edilib.
Bundan başqa, DSMF-nin Qaradağ rayon şöbəsinin müdiri Məhərrəm Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və onun səlahiyyətlərinin icrası müvəqqəti olaraq Elşən Fətullayevə tapşırılıb.
Onu da qeyd edək ki, DSMF-nin adıçəkilən rayonlar üzrə şöbə müdirlərinin vəzifədən çıxarılma xəbərini ilk olaraq Mia.az saytı yayıb.
Saytımıza verilən məlumata görə, həm nazirlik, həm də DSMF sahəsində kadr dəyişiklikləri davam edəcək. Qarşıdakı həftədə daha 5 vəzifəli şəxsin çıxarılacağı gözlənilir. Onlarla bağlı əmr rəsmiləşən kimi, adlarını oxuculara təqdim edəcəyik.

 

Related Articles